Sen 28, 2017 13:50 Asia/Baku
  • İran karvanı Türkmənistanda üçüncü yeri tutub
    İran karvanı Türkmənistanda üçüncü yeri tutub

Türkmənistanda qapalı arenalarda keçirilən 5-ci idman yarışlarında ev sahibi ölkə birinci yeri tutub, Çin ikinci yerlə kifayətlənib, İran isə üçüncü yerə yiyələnib.

Bu yarışların sonunda Türkmənistan komandası 89 qızıl, 70 gümüş və 86 bürünc, ümumilikdə 245 medalla birinci yeri tutub. Çin yığması 42 qızıl, 32 gümüş və 23 bürünc medal, ümumilikdə 97 medalla ikinci yerlə kifayətlənib. Turnirdə "Şəhid Hücəcinin" adı ilə iştirak edən İranın idman karvanı isə 36 qızıl, 23 gümüş və 59 bürünc medal, ümumilikdə 118 medalla üçüncü yeri qazanıb.

Futzal üzrə son dünya reytinqinə əsasən, İran yığması 5-ci yerdədir. Türkmənistanda keçirilən turnirdə İran yığması öncəki reytinqlə müqayisədə bir pillə irəliləyib və 1611 xalla dünya beşincisidir.

İranın futzal üzrə yığması ilk onluqda yerləşən yeganə Asiya yığmasıdır.

Teqlər