Yan 10, 2018 20:35 Asia/Baku
  • Filip Koutino Barselonada
    Filip Koutino Barselonada

Liverpulun braziliyalı favoriti Filip Koutino 142 milyon futn sterlinq müqabilində Barselonaya transfer oldu.

Bəlkə də, Mavi və Qırmızıların  tərəfdarlarının Koutinonun alınmasından razı qaldıqları qədər, Liverpulun tərəfdarları da öz sevimli oyunçularını itirmələrindən bir o qədər narahatdırlar. Əlbəttə, klub komandasının bir oyunçunun getməsi ilə zəif duruma düşməyəcəyi qədər güclü olduğunu düşünür və onun komandada qalması üçün əlindən gələn hər şeyi etdiyini bildirir...

 

Koutino142 milyon funt sterlinq müqabilində Barselonaya qoşuldu və Barselonanın Romariyo, Ronaldo, Rivaldo, Ronaldino, Deni Aloz və Neymardan ibarət olan braziliyalı futbolçu kolleksiyası onun gəlişi ilə təkmilləşdi. Hələ yay fəslindən Barselonanın sıralarına qatılmaq fikrinə düşən Koutino nəhayət Kataloniyaya aparan yola qədəm qoydu. Bununla da O, 200 milyon funt sterlinqə alınan Neymardan sonra futbol dünyasının ikinci ən bahalı oyunçusu adını qazandııı.

 

Koutino120 milyon avro, üstə gəl 40 milyon hədiyyə və digər güzəştlər müqabilində 4 il yarım müddətinə Barselona komandasına qoşulub. Müqavilə müddəti bitdikdən sonra daha bir fəsl üçün bu komandada qalmasına da icazə verilib...

 

Bu oyunçu ilə müqavilənin ləğv edilməsi üçün nəzərdə tutulan məbləğ isə 400 milyon avrodur. Əlbəttə, bu transfer Kutinyonun əvvəlki komandası üçün də gəlir gətirmiş olacaq...

 

Liverpul ötən bir neçə ildə Rəhim Sterlinq, Leviz Suarez və Flipe Kutinyo kimi oyunçuların transferindən 220 milyon funt sterlinq gəlir əldə edib....

 

Filip Koutino Korrea 1992-ci ildə Brazilyanın Rio Dejaneyro şəhərində an adan olub. 7 yaşında ikən Vasko De Qama komandasında oynamağa başlayır və 10 il müddətinə bu komandanın təkribində yer alır. Daha sonra, 2008-ci ildə İter komandasına qoşulur. Və 2 il müddətinə borc oyunçu olaraq Vasko De Qama komandasına qayıdır. Bir fəsl də borc oyunçu olaraq İspanyolun tərkibində yer alır.

 

Koutino 2013-cü ildə Anfild komandasına transfer edir və bu komandanın tərkibində 4 parlaq fəslə malik olur. Bu braziliyalı futbolçu tezliklə Barselonanın həkim heyəti tərəfindən testlərdə iştirak edəcək və Nyu-Kamp stadionnda tərəfdarları qarşısında təqdim ediləcək.

 

Qış transfertlərində israfçılığa yol verən Barselona tezliklə Yeri Mina adlı Kolumbiyalı müdafiəçini Palmiras komandasından alaraq, öz sıralarına qatmağı düşünür...

 

Liverpul da bu anlaşmadan əldə etdiyi yaxşı gəlir ilə ötən həftə Savtempton komandasından Fen Dayk ilə müqavilə imzalayıb. İndi də Lestesitinin tərkibində yer alan Riyaz Möhrəzi ələ keçirmək niyyətindədir. Liverpul klubu həmçinin, üzərində Koutinonun adı olan könəyk alan tərəfdarlarına 50 funt kompensasiya ödəyəcəyini vəd edib.