Yan 31, 2018 19:29 Asia/Baku
  • Təxti Beynəlxalq Kuboku; 16 ölkə hazırlığını elan etdi

İranın şimal-qərbində Şərqi Azərbaycan vilayətinin mərkəzində, Təbriz şəhərində sərbəst güləş üzrə Pəhləvan Təxti Beynəlxalq Kubokunda iştirak etmək üçün 16 ölkə hazırlığını elan edib.

İRİB-in məlumatına görə, Rusiya, Ukrayna, Ermənistan, Gürcüstan, Qırğızıstan, Monqolustan, Türkiyə, Hindistan, Macarıstan, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Azərbaycan, Belarus, Türkmənistan, Latın Amerika seçmə komandası 38-ci Təxti Beynəlxalq Turnirində iştirak etmək üçün qeydiyyata alınb. 

Proqnoz olunur ki, bir neçə ölkənin də gələn həftəyə qədər bu turnirdə iştirak etməyə hazırlığını elan edəcək. 

Sərbəst güləş üzrə 38-ci Pəhləvan Qulamrza Təxti Beynəlxalq Kuboku 8-9 fevralda Təbrizdə keçiriləcək. 

Teqlər