Fev 08, 2018 12:01 Asia/Baku
  • İranın Camiətül-Müstafa təhsil mərkəzində müxtəlif ölkələrdən 140 min tələbə təhsil alır

İranın İsfahan şəhərində yerləşən Camiətül-Müstafa təhsil ocağının rəhbəri deyib: Bu təhsil ocağının İranın müxtəlif şəhərlərində fəaliyyət göstərən qollarında müxtəlif ölkələrdən cəmi 140 min tələbə təhsillə məşğuldur.

İsfahanın Camiətül-Müstafa təhsil mərkəzinin rəhbəri seyid İbrahim Məliki dünən müxbirlər qarşısında deyib: İndiyədək bu təhsil ocağından 130 ölkədən olan 60 min tələbə məzun olub. 

Məliki deyib: Camiətül-Müstafa təhsil mərkəzinin ən əsas məqsədlərindən biri dünya səviyyəsində Qurani Kərimi yaymaqdan ibarətdir. 

Camiətül-Müstafa Əl-Aləmiyyə dini təhsil üzrə beynəlxalq mərkəz olaraq islam elmlərini yaymaq və xarici dini tələbələr yetişdirmək məqsədi ilə yaradılıb.