Mart 09, 2018 18:56 Asia/Baku
  • 5 iranlı güləşçi ən son reytinq cədvəlinə liderlik edir

Beynəlxalq Güləş Federasiyasının ən son reytinq cədvəlində 5 iranlı güləşçi sərbəs və yunan-roma güləş növü üzrə müxtəlif çəki dərəcələrində liderlik edir.

Beynəlxalq Güləş Federasiyası cümə günü 2018-ci ilin mart ayında olan ən son reytinq cədvəlini açıqlayıb. Bu reytinq cədvəlində iranlı güləşçi Həsən Yəzdani 86 kq çəki dərəcəsində liderdir.

Beynəlxalq Güləş Federasiyası həmçinin, yunan-roma güləş növü üzrə reytinq cədvəlində isə Rza Xedri , Məhəmməd Əli Gərayi, Seyid Mustafa Salehizadə və Beyhan Mehdizadə 55, 77, 97 və 130 kq çəki dərəcələrində lider güləşçilərdirlər.

Teqlər