İran ağırlıqqaldırma üzrə Fəcr yarışlarının qalibi oldu
Mart 11, 2018 09:17 Asia/Baku
İranın ağırlıqqaldırma komandası Fəcr beynəlxalq yarışlarının qalibi olub.
Ağırlıqqaldırma Beynəlxalq Fəcr Turnamentində İranı təmsil edən Əhvaz komandası 4 qızıl və 3 gümüş medal ilə birinci olub.
Suriya və Nepal komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Ağırlıqqaldırma üzrə 3-cü Beynəlxalq Fəcr Turnamenti cümə axşamı 10 ölkədən gəlmiş təqribən 50 idmançının iştirakı ilə İranın cənubunda yerləşən Əhvaz şəhərində start götürmüşdü. Yarışlar şənbə günü başa çatıb.