Mart 11, 2018 17:58 Asia/Baku
  • İran prezidenti görkəmli cərrah Əli Əsğər Xudadustun vəfat etməsi münasibətilə başsağlığı verib
    İran prezidenti görkəmli cərrah Əli Əsğər Xudadustun vəfat etməsi münasibətilə başsağlığı verib

İran İslam Respublikası prezidenti Həsən Ruhani İranda gözün buynuz qişası peyvəndinin atası sayılan məşhur cərrah Əli Əsğər Xudadustun vəfat etməsi münasibətilə başsağlığı verib.

Həsən Ruhani bazar günü ünvanladığı başsağlığı müraciətində Əli Əsğər Xudadustun vəfat etməsini son dərəcə təəssüf doğuran hadisə adlandırıb və deyib: Bu görkəmli göz həkimi və gözün buynuz qişası peyvəndini həyata keçirən məşhur cərrah öz dəyərli xidmətləri, xeyriyyəçilik fəaliyyətləri və beynəlxalq dərəcələri ilə özündən dəyərli bir iz qoyub.

Əli Əsğər Xudadust dünən səhər saatlarında 82 yaşında Nyu-York xəstəxanalarından birində, ürəyinin dayanması nəticəsində vəfat edib.

İranda gözün buynuz qişasının ilk uğurlu köçürülməsi əməliyyatı onun adı ilə bağlıdır.

Teqlər