Mart 11, 2018 21:33 Asia/Baku
  • Novruz bayramında İranın mərkəzinə səyahət
    Novruz bayramında İranın mərkəzinə səyahət

Novruz tətilləri İran səhrasında və düzənliklərində səyahət etmək və qədim abidələr ilə tanış olmaq üçün münasib fürsət sayılır.

Əgər bu il Novruz bayramında səyahətə çıxmaq istəsəniz, İranın mərkəzində yerləşən Yəzd, İsfahan və Qum şəhərlərinə səfər planlaşdıra bilərsiniz.

Bahar fəslinin gəlişi ilə öz səfər proqramınıza Yəzdin yel bacalarına baxış keçirməklə başlaya bilərsiniz.

Yəzd şəhəri minlərlə tarixi abidəyə malik olmaqla qədim irsi günümüzə çatdıran ən önəmli məkanlardan biridir. Əmir Çaxmaq Kompleksindən tutmuş, Kəvir cümə məscidinə kimi.

Xarici turistlərdən biri deyir: “Tarixi Yəzd şəhəri həqiqətən çox gözəldir”.

Səfərinizi Yəzdə məxsus şirniyyat növləri, əl işləri və zərgərlik məmulatları ilə daha da zənginləşdirə bilərsiniz.

Səfərinizin davamında tarixi İsfahan şəhərinə baxış keçirə bilərsiniz.

İmam meydanı öz əzəməti ilə İsfahanın gözəlliyini qabarıq formada nümayiş etdirir. Ala qapı, İmam Məscidi və misilsiz Şeyx Lütfullah günbəzi.

Turistlərdən biri deyir: “Misilsiz bir memarlıq nümunəsidir”.

Tarixi körpüləri, 40 sütun bağı, daşdan yonulmuş şirləri və yellənən minarələri.

Quşlar parkı, çiçəklər bağı və Soffe dağı təbiət aşiqləri üçün unudulmaz xatirələrə çevrilir.

Bura isə Qum şəhəridir. Bu müqəddəs məkan da baharda bir çoxlarının səfər üçün seçdiyi məkanlardan biridir.

Daha sonra isə Cəmkəran məscidinə baş çəkə bilərsiniz.

Qum şəhərində sizin üçün maraqlı ola biləcək 350 tarixi məkan mövcuddur.