Apr 16, 2018 08:53 Asia/Baku
  • İran kinosunun uğuru
    İran kinosunun uğuru

İki İran filmi Beynəlxalq Pekin Film Festivalının ən yaxşı filmi mükafatını almağa namizəd olub.

Beynəlxalq Pekin Film Festivalında İbrahim İrəczadın "Qızmar günəş" və Təhminə Milaninin "Məli və onun getmədiyi yollar" filmi, iki Çin filmi və bütün dünyadan on üç film mükafat almağa namizəddirlər. Onlar 71 ölkədən olan 659 iştirakçı arasından seçiliblər.

İlk dəfə deyildir ki, İran filmləri Beynəlxalq Pekin Film Festivalında tamaşaçıların diqqətini çəkirlər. Ötənilki festivalda da İranın "Bacı" filmi ən yaxşı akstrisa mükafatına layiq görülmüşdü.

8-ci Beynəlxalq Pekin Film Festivalı aprelin 15-dən 22-dək fəaliyyət göstərir.

Beynəlxalq Pekin Film Festivalı son illərdə nəinki Asiya üzrə ən üstün film festivalları sırasında durur, həm də üç beynəlxalq film festivalından biri də sayılır.

Beynəlxalq Pekin Film Festivalı 2011-ci ildən fəaliyyət göstərməyə başlayıb və Çin hökumətinin dəstəyilə keçirilir.

Teqlər