Apr 17, 2018 08:41 Asia/Baku
  • Perspolis(İran)-Əlsədd(Qətər): 1-0
    Perspolis(İran)-Əlsədd(Qətər): 1-0

İranın "Perspolis" futbol klubu Qətərin "Əlsədd" komandasını 1-0 hesabı ilə məğlub edib, Asiya çempionlar liqasının C qrupuna başçılıq edərək, yarışların 1/8 finalına vəsiqə qazanıbdır.

Dünən axşam Asiya çempionlar liqasının qrup mərhələsinin sonuncu- altıncı həftəsində C qrupundan olan İranın "Perspolis" futbol klubu Tehranın "Azadi" idman kompleksində Qətərin "Əlsədd" komandası ilə görüşərək, bu komandanı məntiqli oyunla məğlub edibdir.

İranın "Perspolis" futbol klubu Qətərin "Əlsədd" komandası ilə öncəki görüşdəki məğlubiyyətin əvəzini çıxaraq, 13 xalla üçüncü qrupun birinci komandası kimi Asiya çempionlar liqasının 1/8 finalına vəsiqə qazana bilibdir.

İranın "Perspolis" futbol klubu Asiya çempionlar liqasının növbəti mərhələsində BƏƏ-nin Əlcəzirə və Ərəbistanın Ələhli komandaları arasında bu gecə keçiriləcək görüşün qalibi ilə mübarizə aparacaqdır.

Teqlər