May 06, 2018 21:38 Asia/Baku
  • İranın qərbindəki ən böyük zavod 13 ölkəyə məhsul ixrac edir
    İranın qərbindəki ən böyük zavod 13 ölkəyə məhsul ixrac edir

İranın Həmədan vilayətində sənaye istehsal zavodu dünyanın 13 ölkəsinə məhsul ixrac etməkdədir.

Bu zavoddan çıxan buxar, zövqünüzə oxşayacaq bu məhsullar və ya bu məhsulları düzən əllər, 24 saat işləyir ki, dünyanın 13 ölkəsi əlini cibinə salsın.

Zavodun direktoru Mömin deyib: İstehsalımızın təxminən 20%  İraq, Rusiya, İngiltərə, Kanada, Avstraliya və bir çox digər ölkələrə ixrac olunur. Və ölkəmizə təxminən 5 milyon dollar gəlir gətirir.

İndi Qananın da rəsmiləri bu zavoda üz tutublar. Belə ki, İran yeməyinin çox əla dadını öz ölkələrinin vətəndaşları da dada bilsinlər.

Qananın İrandakı səfiri İydi deyib: Ticarət əlaqələrinin genişləndirilməsi üçün gəlmişəm. Bu zavodun məhsullarını Qanaya ixrac etmək üçün razılaşmalar əldə etmək niyyətindəyik.

İranın qərbinin ən böyük sənaye istehsal zavodu min bacarıqlı işçisinin çiyin-çiyinə işləməsi ilə fəaliyyət göstərir. Belə ki, 69 məhsul 200 növ qablaşdırma ilə istehsal olunur.

İstehsal müdiri Məhəmmədi deyib: Bu beş əsas salonda ümumilikdə zavodun 22 tondan çox yarım-istehsal məhsulu anbara göndərilir, oradan da istehsal bazarlarına ötürülür.

Bu əllər keyfiyyətə nəzarət laboratoriyasında yoxlanmazdan öncə məhsulun keyfiyyətinə çəkilir.

Zavod işçisi deyib: Bütün xammal istehsal prosesinə keçməzdən öncə, əlaqədar yoxlamalardan keçir. Milli və beynəlxalq standartlara uyğun olduğu halda, istehsala göndərilir.

Süfrələrə sağlam məhsulun verilməsi üçün əkin sahələrində becərilir.

Keyfiyyətə nəzarət bölməsinin rəhbəri deyib: Bizim mühəndislik komandamız təlimlər üçün bölgəyə gedirlər. Bizim fikrimizcə, keyfiyyət elə əkin sahəsindən başlanır.

Xammalın hazırlanması, yüksək əlavə dəyər, məşğuliyyət, sağlam məhsulun istehsalı, daha önəmlisi məhsula barkodun vurulması İran məhsulunun məşhurluğunu artırır.