May 13, 2018 09:04 Asia/Baku
  • İranın qızlardan ibarət futzal komandası Asiya çempionu oldu

İranın qızlardan ibarət futzal komandası Yaponiya yığması üzərində qələbə çalaraq, ardıcıl olaraq ikinci dəfə Asiya Futzal Çempionatının qalibi olub.

İRNA-nın məlumatına görə, İranın qızlardan ibarət futzal komandası şənbə günü qızlararası üçüncü Asiya Futzal Çempionatının final görüşündə Yaponiya yığmasını 5-2 hesabı ilə məğlub edərək, bu yarışın qalibi olub. 

İranın qızlardan ibarət futzal komandası Asiya Futzal Çempionatında keçirdiyi oyunlarda daha öncə Türkmənistan, Özbəkistan, Çin və Vyetnam komandalarını məğlub etməyi bacarmışdı. 

İranın qızlardan ibarət futzal komandası 2-ci Asiya Futzal Çempionatının final qarşılaşmasında da Yaponiya yığmasını məğlub edərək, bu yarışların qalibi olmağı bacarmışdı. 

Taylənd yığması isə Vyetnam üzərində qələbə çalaraq bu yarışların üçüncüsü olub.  

Teqlər