Avq 05, 2018 21:30 Asia/Baku
  • Quraqlıq ərazilər üçün münasib seçim - Aloe Vera
    Quraqlıq ərazilər üçün münasib seçim - Aloe Vera

Su qıtlığının əkinçilər üçün ciddi problemlər yaratmasına baxmayaraq, alternativ əkinçilik yolu ilə bu çatışmazlığın da öhdəsindən gəlmək mümkündür. Və “Aloe Vera” bitkisi bu alternativlərdən biri sayılır. Susuzluğa davamlı olan bu bitki eyni zamanda yaxşı gəlir mənbəyi də hesab olunur.

Quraqlıq İsfahan vilayətinin əkin sahələrinin təqribən 70%-nin qurumasına səbəb olub. Amma, ruhdan düşməyən Aşuri adlı əkinçi “Aloe Vera” yetişdirmək fikrinə düşür.

Aşuri deyir: “Alternativ olaraq Aloe Vera bitkisini seçdik. Hər 1000 kvadrat metrlik ərazidə 4000 ədəd Aloe Vera bitkisi yetişdirmək mümkündür.”

Qurumuş əkin sahəsini Aloe Vera üçün istixanaya çevirib.

“Tamamilə quruduğunu hesab etdiyinizi bu bitki kökünü əkdiyiniz zaman, yenidən inkişaf etməyə başlayır.”

“Susuzluğa çox davamlıdır və 2 həftəyə qədər susuz qala bilir”

“Aloe Vera”nın satışından yaxşı gəlir əldə edirik”

Suya qənaət etmək üçün isə damcı ilə suvarma metodundan istifadə edilir.

“Damcı üsuli ilə suvarmada təqribən 15 dəfə daha az su istifadə olunur”

Məhsullarını ölkənin müxtəlif yerlərinə göndərirlər.

“Urmiyə, Ərak və Əhvaz şəhərlərində müştərilərimiz var. Həmçinin, Oman və Rusiyaya da ixrac edirik.”

Aşuri həmçinin məntəqədə yaşıl zolaq da yaradıb.

“Şəftəli və ərik ağaclarından istifadə etmişik. Püstə, armud, heyva, innab və əzgil ağacları da var. Torpaq və suyun itkiyə getməməsi üçün Karkade bitkisindən istifadə etmişik.”

 Daha sonra isə Aloe Vera məhsulları istehsal etmək fikrinə də düşür.

“Bu Aloe Vera şərbətidir. Aloe Vera, bal və təzə limondan hazırlanır və çox faydalıdır”

“Mürəbbə və turşusunu da hazırlamışıq. Bu mürəbbəni də özümüz hazırlamışıq.”

“Bu isə Aloe Vera turşusudur.”

Bu yaradıcı əkinçi cari ilin sonuna kimi daha 2 Aloe Vera və Zəfəran istixanası təsis etmək niyyətindədir.