Avq 07, 2018 11:32 Asia/Baku
  • İran nümayəndəsi Asiya klublarının voleybol üzrə yarışlarının çempionu olub
    İran nümayəndəsi Asiya klublarının voleybol üzrə yarışlarının çempionu olub

Myanmada keçirilən Asiya klublarının voleybol yarışlarında İranı təmsil edən "Xatəme Ərdəkane Yəzd" komandası qazaxıstanlı rəqibini məğlub edərək, yarışların çempionu olubdur.

"Xatəme Ərdəkane Yəzd" komandası dünən Asiya voleybol çempionatının final görüşündə güclü qazaxıstanlı rəqibini 3-0 hesabı ilə məğlub edə və Asiya çempionu adını qazana bilbdir.

Asiya klublarının voleybol yarışlarının sıralama görüşlərində də Pakistan nümayəndəsi Vyetnam təmsilçisini məğlub edərək, üçüncü ola bilibdir.

Yarışların çempionu 2019-cu ildə keçiriləcək dünya klublarının kubok yarışlarında Asiya qitəsini təmsil edəcəkdir.

Asiya klublarının voleybol yarışlarının bundan öncəki iki dövründə İranın "Banke Sərmayə" komandası çempion adını qazana bilmişdi.

Teqlər