Avq 09, 2018 20:27 Asia/Baku
  • Günəş enerjisi
    Günəş enerjisi

Müasir dünyada elektrik enerjisinə olan tələbatın artmasını nəzərə alaraq, pak enerji resurslarına tələbat da artmağa başlayıb. Elə bu istiqamətdə Təbriz şəhərində şəxsi mənzillərin elektrik enerjisi ilə təmin edilməsi üçün əhali günəş stansiyalarından istifadəyə böyük maraq göstərməyə başlayıb.

Xiyabani ailəsi adi bir mənzildə yaşayırlar. Amma, bu mənzilin, digər mənzillər ilə bir fərqi var.

 “Günəş stansiyaları” şirkətinin baş texnoloq Məhəmməd Rza Xiyabani deyir: “Biz günəş sistemlərindən istifadə edirik. Energetika Nazirliyinin qərarına əsasən biz istehsal etdiyimiz elektrik enerjisini məntəqəmizin elektrik şirkətinə sataraq, gəlir əldə edə bilərik.”

Günəş stansiyaları” şirkətinin icraçı direktoru Əkbər Xiyabani isə deyir: “Təqaüdə çıxdığım zaman bu şirkəti təsis edərək, universitet məzunu olan 17 nəfəri işə cəzb etdim.”

Günəş stansiyaları” şirkətinin layihə müdiri Kərimnejad deyir: “Müşahidə etdiyiniz bu günəş stansiyası Şərqi Azərbaycanda mənzil miqyasında olan ilk stansiyadır. 3 kilovat saat gücündə olan bu stansiya ötən il quraşdırılıb.”

Bu sistemin oxşarı Təbrizin elektrik paylaşdırma şirkətinin həyətində də quraşdırılıb.

Günəş stansiyaları şirkətinin mütəxəssisi olan Vəcidi deyir: “Bura elektrik paylaşdırma şirkətinin həyətində quraşdırılmış 9 kilovat saatlıq günəş stansiyasıdır və şirkətin elektrik enerjisinə olan ehtiyacının 20%-ni təmin edir. Bu stansiya beynəlxalq standartlara cavab verir.”

Qanuna əsasən bütün orqanlar elektrik enerjisinə olan ehtiyacının 20%-ni pak enerji hesabına təmin etməlidirlər.

Təbriz şəhərinin elektrik paylaşdırma şirkətinin müdiri Kazemi isə deyir: “Şəxsi mənzillərdə quraşdırılan günəş panelləri ümumi şəbəkəyə qoşularsa, Energetika Nazirliyi bu elektrik enerjisini günəş enerjisi sektoruna sərmayə qoyanlardan, abunəçilərə satış qiymətindən 20 dəfə daha  yüksək qiymətə almağa hazırdır.”

Günəş stansiyaları şirkətinin nümayəndəsi Xosrovşahi deyir: “Elektrik enerjisi olmayan ərazilərdə o cümlədən əkin sahələri, istixanalar, sənaye və istehsal müəssisələrində günəş enerjisi tələbatı ödəməyə qadirdir. Elektrik enerjisi olan yerlərdə də elektrik xərclərini azaltmaq istəyənlər, günəş enerjisindən istifadə edə bilərlər.”

Dünya sürətlə su, külək və günəş enerjisindən istifadəyə doğru hərəkət edir. Bunu nəzərə alaraq, hətta, şəxsi mənzillərdə belə günəş enerjisindən istifadə etməklə, xərcləri azaltmaq mümkündür.

“Əgər hər bir abunəçi sadəcə 1 kilovat günəş enerjisi üçün sərmayə qoymuş olarsa, 900 meqavat elektrik enerjisi istehsal etmək mümkün olar. Halbuki, Təbriz şəhərinin ümumi ehtiyacı 890 meqavatdır.”