Avq 12, 2018 21:26 Asia/Baku
  • Kaşan - İranın milli ənənəvi toxuculuq şəhəri
    Kaşan - İranın milli ənənəvi toxuculuq şəhəri

Qədim toxuculuq sənətini yaşatmasına və qədim keçmişi olan bu peşəni hələ də qoyub saxlaya bilməsinə görə Kaşan şəhəri İranın milli ənənəvi toxuculuq şəhəri seçilib.

Şəhərin səs-küyündən uzaqd olan bu qədim məhəllədə hələ də köhnə amma, tanış sədaları eşitmək mümkündür.

Burada, uzun keçmişi olan bu köhnə sexlərində yüz illərin yadigarı olan toxuculuq sənətinin qocaman sənətkarlarına rast gəlmək mümkündür.

 

“Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən qalıqlara o cümlədən saxsı qablar üzərindəki rəsmlərə əsasən toxuculuğun keçmişi eramızdan 4 min il öncəyə qayıdır.”

 

“Kaşanda toxuculuq Səfəvilər dövründə xüsusilə də, birinci Şah Abbasın zamanında özünün qızıl dövrünü təcrübə edib. Burda ipək, kətan, məxmər və zərbaf kimi parçalar istehsal edilib.”

 

Bu qədim sənəti yaşatdığı üçün Kaşan şəhəri İranın milli ənənəvi toxuculuq şəhəri adlandırılıb.

 

“Ölkənin Əl İşləri Ali Şurası Kaşan şəhərini milli ənənəvi toxuculuq şəhəri olaraq seçib. Toxuculuq məhsullarının ixracatı, özəl sektorun fəaliyyəti, təlim kurslarının təşkil edilməsi habelə, bu fəaliyyət ilə bağlı əldə edilən milli və beynəlxalq mükafatlar bu qərarın qəbul olunmasında təsirli olub.”

 

Bu seçim ənənəvi toxuculuq sənətinin Kaşanda hələ də öz həyatını davam etdirməsindən xəbər verir.

 

“Hazırda Kaşanda ipək, məxmər, zər, gilim və zilu daxil olmaqla 7 növ toxuculuq sahəsi fəaliyyət göstərir. Həmçinin, müxtəlif toxuculuq növləri üzrə YUNESKO tərəfindən qeydə alınmış 20 qocaman usta sənətkarımız var. Habelə, müxtəlif toxuculuq növləri üzrə 100-ə yaxın tələbə yetişdirmişik.”