Sen 11, 2018 13:30 Asia/Baku
  • İranın elm təməlli şirkətləri 2017-ci ildə 400 milyon dollar dəyərində məhsul ixrac ediblər
    İranın elm təməlli şirkətləri 2017-ci ildə 400 milyon dollar dəyərində məhsul ixrac ediblər

İran İslam Respublikası prezidenti ölkədə 3800-dən çox elm təməlli şirkətin fəaliyyət göstərməsinə işarə edərək, deyib: İranın elm təməlli şirkətləri 2017-ciildə 400 milyon dollar dəyərində məhsul ixrac ediblər.

İRİB-nin verdiyi məlumata görə, Sorena Səttari bazar ertəsi günü İranın şimalında yerləşən Gülüstan vilayətinin Qorqan şəhərində elm təməlli şirkətlərin rəhbərləri ilə görüşdə dövlətin elm təməlli şirkətlərə dəstəyinin davam edəcəyini vurğulayıb.

S.Səttari həmçinin, Gülüstan vilayətinin elm təməlli şirkətlər üçün münasib fəaliyyət imkanlarına malik olduğun deyərək, əlavə edib: Gülüstan vilayəti müxtəlif sahələr o cümlədən turizm, əkinçilik, dərman bitkiləri, rabitə və informasiya texnologiyaları baxımından yaxşı potensiallara malikdir və "start ap" şirkətlərinin yaradılmasına kömək edə bilər.

İranın elm təməlli şirkətlərinin məhsulları dünyanın 60-dan çox ölkəsinə məhsul ixrac edirlər.

Teqlər