Sen 11, 2018 17:53 Asia/Baku
  • İranlı atlet
    İranlı atlet "Yaponiya-2018"in qızıl medalisti oldu

Yaponiyada keçirilən əlillərarası ağırlıqqaldırmaq üzrə Asiya və Okeaniya çempionatının davamında İran təmsilçisi 97 kq çəki dərəcəsində qızıl medala yiyələnib.

İRİB-nin verdiyi məlumata görə, Hamed Solhipur çərşənbə axşamı Yaponiyada keçirilən əlillərarası ağırlıqqaldırmaq üzrə Asiya və Okeaniya çempionatının davamında 218, 226 və 231 kiloqramlıq ağırlıqların öhdəsindən gələrək, qızıl medalın sahibi olub. 

İranlı atletlər indiyə kimi bu yarışlarda 2 qızıl, 3 gümüş və bir bürünc medal əldə etməyi bacarıblar. 

Yaponiyada keçirilən əlillərarası ağırlıqqaldırmaq üzrə Asiya və Okeaniya çempionatı 8 sentyabrda start götürüb və sabah öz işini başa vuracaq.