Okt 08, 2018 11:57 Asia/Baku
  • İran Para Asiya 2018 yarışlarında üçüncü qızıl medala yiyələnib
    İran Para Asiya 2018 yarışlarında üçüncü qızıl medala yiyələnib

Para Asiya 2018 oyunlarının ikinci günündə İranlı atlet Sara Cəvanmərdi atıcılıq yarışlarında qızıl medalın sahibi olub.

İRNA-nın məlumatına görə, İranın Para Asiya 2018-dəki idman karvanının üzvü olan Sara Cəvənmərdi bazar ertəsi günü İndoneziyada keçirilən yarışların ikinci günündə 50 metrlik məsafə üzrə yarışlarda Yaponiya, Cənubi Koreya, Çin, Hindistan və Özbəkistandan olan rəqiblərini məğlub edərək, yarışların qalibi olub. 

Cəvanmərdi Rio-2016 və London-2012 para-olimpiya yarışlarında da müvafiq olaraq qızıl və bürünc medala yiyələnmişdi. O, son dünya çempionatında da qızıl medala yiyələnərək, Tokio-2020 para-olimpiya yarışlarında iştiraka vəsiqə əldə etməyi bacarıb. 

İranın idman karvanı Para Asiya 2018  yarışlarında 208 idmançı ilə iştirak edir. İranlı idmançılar indiyə kimi 3 qızıl, bir gümüş və 2 bürünc medal əldə ediblər. 

İndoneziyada keçirilən Para Asiya 2018 yarışlarında ümumilikdə 43 ölkədən 2831 idmançı iştirak edir. Bir həftə davam edəcək yarışlarda idmançılar 18 kateqoriya üzrə mübarizə aparacaqlar.