Okt 09, 2018 21:26 Asia/Baku
  • Yeraltı Samin şəhəri
    Yeraltı Samin şəhəri

Qədim və zəngin tarixə malik olan İranda hələ də insanlar üçün sirli qalan bir çox məkanlar mövcuddur. Bu məkanlardan biri də yeraltı Samin şəhəridir.

13 il öncə kiçik Samin şəhərində aparılan qazıntılar zamanı əsrarəngiz yeraltı şəhər aşkar edilmişdi.

“Uzun illər bu sahədə fəaliyyət göstərmiş bir arxeoloq olaraq  mənim üçün hələ də bu şəhər sirli olaraq qalmaqdadır. Görəsən bu şəhəri kim və nə üçün inşa edib.”

Arxeoloji qazıntılar üçün münasib şəraitin yaradılması ilə yeraltı şəhərdə elmi axtarışlar daha da sürətlənib.

Qədim zamanlarda dini məqsədlər üçün yaradıldığı düşünülən bu yeraltı şəhərdən müxtəlif zaman kəsimlərində həm sərdabə, həm də sığınacaq kimi istifadə edilirmiş.

“Bu arxeoloji qazıntılarda bizim əldə etdiyimiz ən dəyərli tapıntılar burdakı insan sümükləri və skletlərdir.”

Əl ilə qazılmış yeraltı Samin şəhərində istifadə üçün su qaynağı da mövcud olub.

“Bu su mənbəyi 3 il öncə arxeoloji qazıntılar zamanı aşkar edilib. Suyun qaynağı isə yeraltı qurunt sularıdır.”

6 mərhələdə həyata keçirilən arxeoloji qazıntılar zamanı ilə paralel şəkildə bərpa işləri də həyata keçirilib.

“Aşınmaya məruz qalan bəzi hissələri kalsyum tərkibli qoruyucu maddə ilə möhkəmləndirmişik. Bu müşahidə etdiyiniz hissə tərəfimizdən bərpa olunmuş dayaq sütunlarından biridir.”

Yeraltı Samin şəhərinin ərazisinin genişləndirilməsi ilə burada muzey yaradılması da nəzərdə tutulub.

“Yeraltı Samin şəhərinin giriş nöqtəsi buradır. Buradakı tunel yeraltı şəhərin əsas hissəsinə aparan yeganə yoldur.”

“Aşkar etdiyimiz skletlər və insan sümükləri elmi əsasda bərpa edilərək, ilkin formasına qaytarılır.”

“Möhkəmliyini qoruya bilməsi və rütubət qarşısında davamlı olması üçün tərəfimizdən möhkəmləndirilir.”

Yeraltı Samin şəhərinin ümumi sahəsi təqribən 5 hektardır və indiyə kimi onun sadəcə 10%-ində arxeoloji qazıntılar yekunlaşıb.