Okt 10, 2018 08:18 Asia/Baku
  • Hüseyn(ə) Ərbəini mərasimində ən iri media əməliyyatı
    Hüseyn(ə) Ərbəini mərasimində ən iri media əməliyyatı

İslami Radio və Televiziyalar Birliyinin katibi deyib: Bu ilki Hüseyn(ə) Ərbəini mərasimi 43 ölkədən təqribən 400 media kanalı vasitəsilə və təqribən 1600 jurnalist tərəfindən işıqlandırılacaq.

Höccətülislam Əli Kərimiyan bazar ertəsi günü jurnalistlərə verdiyi müsahibədə deyib: Media sahəsi böyük Hüseyn(ə) Ərbəini mərasiminin işıqlandırılmasında, mənəvi atmosferin formalaşdırılması və istiqamətləndirilməsində, Ərbəinin müraciətinin dünyaya çatdırılmasında son dərəcə təsirli rola malikdir. 

Rəsmi məlumatlara əsasən İraq mənbələri bu il təqribən 14 milyona yaxın zəvvarın piyada olaraq Ərbəin mərasimində iştirak etmək üçün Kərbəlaya üz tutmasından xəbər veriblər.