Okt 11, 2018 10:22 Asia/Baku
  • Gənclərin 2018-ci il Olimpiya Oyunlarında İran taekvondoçuları iki qızıl medal qazanıblar

Argentinada keçirilən gənclərin 2018-ci il Olimpiya Oyunlarının davamında Yəlda Vəlinejad və Əli Eşkevəriyan İran karvanı üçün iki qızıl medal qazanıblar.

Gənclərin 2018-ci il 3-cü Olimpiya Oyunlarının dördüncü günündə İranın qızlardan ibarət taekvondo komandasının 63 kiloqramdan aşağı çəki dərəcəsində yarışan üzvü Yəlda Vəlinejad final görüşündə serbiyalı rəqibini 23-17 hesabı ilə məğlub edərək, yarışların qızıl medalını əldə edib. O, bundan öncə İordaniya və Meksikadan olan rəqiblərini qarşısından götürərək, finala vəsiqə qazanmışdı.

İranın oğlanlardan ibarət taekvondo komandasının 73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan üzvü Əli Eşkevəriyan isə Tayvan və Ekvadordan olan rəqiblərinə qalib gələrək, finala çıxmışdı. O, finalda belçikalı rəqibini 17-16 hesabı ilə məğlub edərək, yarışların qızıl medalını əldə edibdir.

Gənclərin 3-cü Olimpiya Oyunları ötən çərşənbə axşamı günü Argentinanın paytaxtı Buenos-Ayresdə başlanıbdır.

İranın idman karvanı qızlar bölməsində 15, oğlanlar bölməsində isə 34 idmançı olmaqla 49 idmançı ilə gənclərin Olimpiya Oyunlarında iştirak edir.

Teqlər