Noy 01, 2018 10:25 Asia/Baku
  • Kardif Beynəlxalq Kino Festivalının mükafatı

İranlı rejissor Məhəmməd Bəxşinin çəkdiyi "Sən Voleybolsan?" filmi "Kardif" beynəlxalq kino festivalında "Qızıl Əjdəha" mükafatına layiq görülüb.

İRNA-nın verdiyi məlumata görə, "Sən Voleybolsan?" filmi 3-cü beynəlxalq "Kardif" kino festivalında ən yaxşı xarici qısa-metrajlı film mükafatına layiq görülüb. 

"Sən Voleybolsan?" filmi bir qrup Ərəb immiqrantdan bəhs edir. Onlar, Avropa ölkələrindən birinin sərhədinə çatıblar. Sərhəd bağlıdır. Və hər gün immiqrantlar ilə sərhədçilər arasında qarşıdurma yaşanır. Amma, sonda bir neçə uşaq bu iki qrup arasında ortaq dilin tapılmasına kömək edir. 

"Kardif" kino festivalı 27-30 oktyabrda Uelzdə keçirilib. 

Teqlər