Noy 03, 2018 14:00 Asia/Baku
  • İran Qazaxıstanda qida sənayesi sərgisində iştirak edib
    İran Qazaxıstanda qida sənayesi sərgisində iştirak edib

Qazaxıstanın Almati şəhərində 16 ölkənin iştirakı ilə beynəlxalq qida sənayesi sərgisi keçirilib.

Sərgidə İran İslam Respublikası, ABŞ, Rusiya, Türkiyə kimi ölkələr  və Qazaxıstan şirkətləri qida sənayesi sahəsində ən son nailiyyətlərini nümayiş etdiriblər.

Sərgidə müxtəlif növlü ət məmulatları, şiriniyyat növləri, içəcəklər, soyuducu sistemlər, sənaye mətbəxləri və qablaşdırma sənayesi təqdim olunub. İran İslam Respublikasından da bu sərgidə 4 şirkət öz məhsullarını nümayiş etdiriblər. Bu şirkətlər Poli Etilen borular, suvarma sistemləri, ağartı məmulatları, soyuducu istehsalı və çay əkini sahəsində fəaliyyət göstərirlər.

Qazaxıstan beynəlxalq qida sənayesi sərgisi Avrasiya məkanında ən əsas və önəmli sərgilər sırasındadır.