Noy 05, 2018 21:29 Asia/Baku
  • Zərərvericilər ilə təbii mübarizə
    Zərərvericilər ilə təbii mübarizə

Bu günlər kənd təsərrüfatında xüsusilə də əkinçilikdə kimyəvi maddələrdən istifadə miqdarının azaldılması əkinçilərin əsas qayğısına çevrilib. Elə buna görə də zərərvericilər ilə mübarizədə təbii üsullara o cümlədən bioloi mübarizəyə üstünlük verilir.

Artıq bir neçə gündür ki, Buşehr vilayətində pomidor sahələrində ziyanvericilər ilə mübarizə aparmaq üçün bu kiçik arılardan istifadə edilir.

“Əkin sahəmiz təqribən 15 hektardır. 8 hektarını pomidor təşkil edir. Bundan öncə zərərvericilər ilə mübarizə aparmaq üçün müxtəlif dərmanlardan istifadə etmişik. İndi də kənd təsərrüfatı araşdırmaları mərkəzinin tövsiyəsi əsasında bu metoddan istifadə edirik.”

Bu arılar çox balaca və ömürlərinin çox qısa olmasına baxmayaraq, 1 aydan az bir zamanda əkin sahəsində zərərvericilərin sayını minimuma endirirlər.

“Brakon və Trikoqrama arıları zərərvericilər ilə mübarizə aparmaq üçün münasib zamanda və 2 mərhələdə əkin sahəsinə buraxılır. Bu arılar zərərvericilərin yumurtaları və sürfələri ilə qidalanırlar.”

Bu arılar adətən pomidor meyvəsinin formalaşmağa başladığı zaman əkin sahəsinə braxılır. Bu da yaxşı məhsul toplamağa imkan verir.

“3 ildir ki, bu arılardan istifadə edirik və hər dəfə yaxşı nəticə əldə etmişik.”

Təqribən 9 ildir ki, əkinçilər zərərvericilərə qarşı bu bioloji metoddan istifadə edirlər. Bu məsələ onların kimyəvi dərmanlardan və zəhərlərdən daha az istifadə etmələrinə səbəb olub.

“Təyin olunmuş norma əsasında hər hektar əkin sahəsində 5 qram Trikoqrama arısı yumurtaları səpilir və hər bir hektar üçün 1500 Brakon arısı buraxılır.”

Buşehr vilayətində ümumilikdə 12500 hektar pomidor sahəsi mövcuddur. Və hər il təqribən 3000 hektarlıq əkin sahəsində zərərvericilər ilə bioloji mübarizə üsulundan istifadə edilir.