Noy 29, 2018 17:08 Asia/Baku

“Vitoriyonun Röyası” ; Beynəlxalq Səhər Kanalında hazırlanmış sənədli film. “Müqavimət” kino festvialının müsabiqə bölməsində rəqabət aparan 20 filmdən biri.

Yaşadığımız əsr təsviri media əsridir və bütün dünyada informasiyaların və hadisələrin ən sürətli formada işıqlandırılması üzrə geniş rəqabət mövcuddur. Bu mübarizə meydanında ən sürətli, ən dəqiq və ən geniş fəaliyyət dairəsinə malik olanlar müxatiblərinin rəğbətini daha çox qazana bilir.

 

Amma, bütün bu filmlər arasından sadəcə 20-si müsabiqə bölməsində iştiraka vəsiqə əldə edib.

 

“Müqavimət” Kino Festivalı bir beynəlxalq festival olaraq, “İslam Müqaviməti” mövzusunda müxtəlif ölkələrdə çəkilmiş filmləri tanıtdırmaqla yanaşı, bu prosesi davamlı bir cərəyana və aktiv bir təfəkkürə çevirməlidir.

Bu arada Beynəlxalq Səhər Kanalı “Vitoriyanın Röyası” adlı sənədli film ilə festivalda rəqabət aparan əsas iştirakçılardan biridir.

 

“Zeytun Çiçəkləri” sənədli filmlər toplusundan “Vitoriyanın Röyası” adlı sənədli filmin rejiossoru Müctəba Lütfi Kəraməti: “Bu film 26 hissədən ibarət olan “Zeytun Çiçəkləri” adlı sənədli filmlər toplusuna aiddir. Bu filmlərin hər biri müstəqil mövzuya malikdir. Və bu sənədli filmlər toplusunun təhqiqat qrupu əslində “müqavimət” məsələsinə fərqli baxış açısından yanaşıb, Fələstin məsələsi və Fələstin xalqının hüquqlarına Avropa və Amerika insanı gözü ilə baxıb.”

 

“Vitoriyanın Röyası” sənədli filminin rejissoru Rahilə Sabiri: “Daim müsəlmanlar və ərəblərin Fələstini sırf dini və etnik bağlılıq üzündən himayə etdikləri təsəvvür edilirdi. Elə buna görə də, biz öz araşdırmalarımıza Avropa və Amerikadan başladıq. Araşdırmalarımız təqribən 2 il sürdü. Bizim nəzərdə tutduğumuz insanların məşhur insanlar olmdıqlarını və anti-sionist media fəaliyyətləri ilə bağlı ciddi senzuraların olmasını nəzərə alaraq, qarşımızda çətin bir yol dururdu. Allaha şükürlər olsun ki, işimiz çox yaxşı alındı.”

 

Bu sənədli film mövzu olaraq hegemonçuluq və imperializm qarşısında müqavimət və mübarizəni əsas baxış açısı qərar verib. Bunun səbəbi, dünyanın müxtəlif nöqtələrində inqilabçı hərəkatların formalaşmasına rəğmən, hələ də məzlum insanların zalımların boyunduruğu altında əzilməsidir. Əsas hədəf isə zülmə məruz qalan insanların məzlumluq fəryadını və haqq səsini dünya xalqları və medialarının diqqətinə çatdırmaqdır.

 

Müctəba Lütfi Kəraməti: “Filmin müxtəlif sekanslarından birində əslən yəhudi və xristiyan olan 47 amerikalı və avropalı ziyalı ilə rastlaşırıq. Onlar, Fələstin xalqını və Qəzzə sakinlərini himayə yolunda canlarından keçiblər. Halbuki, onların heç biri silahlı olmayıb. Onların silahı sadəcə qələmləri və kameraları olub. Buradan aydın olur ki, “insan haqları” öz maraqlarını təmin etmək istəyən ölkələr üçün şüardan başqa bir şey deyil.”

 

“Müqavimət” film festivalı ölkəni mədəni müdafiənin ilk səngəri sayılır.

 

İranın kino tarixinin və biz kino sevərlərin yaddaşına həkk olunmuş xatirələrin bir parçası olan “Müqavimət Kinosu”nun ən yaxşılarını seçmək  “əbədi qəhrəmanlar”ın adlarını tarixə yazdıqları dövrü özündə əks etdirən “ölümsüz əsər”ə çevrilə bilər.

 

Beynəlxalq “Müqavimət” Kinofestivalı tam ağıllı bir strategiya ilə dünyanın xüsusilə də İslam Dünyasının qayğılarını özündə əks etdirən mövzulardan ibarət bir “göy qurşağı” ilə müsabiqədə iştirak edəcək əsərlərə yön verməyə çalışıb.

 

Bu festival region və dünyanın ən önəmli və strateji mövzularına həsr olunmuş əsərləri qəbul etməklə çox həssas milli və regional məsələlərə tam diqqət ayırdığını sübut etməyi bacarıb.