Dek 02, 2018 17:46 Asia/Baku
  • İranlı taekvondoçu dünya ordularının yarışlarında çempion olub
    İranlı taekvondoçu dünya ordularının yarışlarında çempion olub

İranın 68 kiloqramdan aşağı çəki dərəcəsində yarışan taekvondoçusu Braziliyada keçirilən dünya ordularının yarışlarında qızıl medal qazanıb.

Əmirmohəmməd Bəxşi dünya orduları yarışlarının üçüncü günündə Kamerun, Kanada, Braziliya və Bolqarıstandan olan rəqiblərini məğlub edərək, yarışların qızıl medalını qazanıbdır.

Bundan öncə Mohəmməd Kazemi 58 kiloqramdan aşağı çəki dərəcəsində, Həmidreza Sədri isə 54 kiloqramdan aşağı çəki dərəcəsində yarışların qızıl medalını qazanmışdılar.

Dünya ordularının 24-cü çempionatı səkkiz çəki dərəcəsində və kişi və qadınlar üzrə iki qrupda noyabrın 29-dan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilir. Yarışlar dörd gün davam edəcək.

Teqlər