Dek 04, 2018 21:35 Asia/Baku
  • İranın dərman sənayesində inkişaf tempi durmadan artır
    İranın dərman sənayesində inkişaf tempi durmadan artır

Hər bir ölkə dərman preparatlarının idxalı sahəsində güclü nəzarətə malikdir. Və bu gün İranda istehsal edilən dərman preparatlarının dünya bazarına çıxarılması, bu dərmanların yüksək keyfiyyətə və beynəlxalq standartlara malik olduğundan xəbər verir.

Gənc iranlı əczaçılar inkişafın zirvəsinə aparan pillələri bir-bir arxada qoyaraq, Kaşanın ilk elm təməlli bitki mənşəli dərman zavodunda yeni uğurlara imza atırlar.

“Şirkətimiz tərəfindən istehsal edilən bitki mənşəli 120 məhsuldan 20-si dünya səviyyəsində monapoliyada olan məhsullardır.”

Yumuşaq kapsulların istehsalı texnologiyasını əldə etməklə, bu kapsulların istehsalı 4 Qərb ölkəsinin inhisarından çıxmış olub.

“İndiyə kimi tərkibində vitaminlər, bitki cövhəri və minerallar olan 20 növ “sakşın” istehsal etməyə nail olmuşuq.”

Burada Hemoroid xəstələri üçün xarici analoqu olmayan MG və anti-fişer də istehsal edilir.

“Dünya səviyyəsində çox yaxşı qarşılanıb. Hazırda bu dərman bir çox ölkəyə ixrac edilir.”

Bu şirkətin xammala olan tələbatının 90%-i isə yerli bitkilər hesabına təmin edilir. Bu isə valyutanın ölkədən çıxmasına mane olur.

“Bitkilərin becərilməsi, toplanılması, məhsulun istehsalı və paylanılması da şirkətimiz tərəfindən həyata keçirilir.”

“Ölkədəki nadir mərkəzlərdən biridir. Biz burada 120 növə yaxın dərman bitkisi yetişdirir və daha sonra emal prosesini həyata keçiririk.”

Bu laboratoriya isə ən modern təchizatlar ilə təchiz edilib.

“Burada, dərman bitkilərindən tutmuş dərmanın istehsal olunmasına kimi bütün proseslər milli və beynəlxalq standartlar əsasında nəzarət altında saxlanılır.”

“Bütün səyimiz təbiətdəki şəfalı bitkilərdən istifadə edərək, ən az əks təsirə malik olan yüksək kefiyyətli dərman preparatlarının istehsalına köklənib.”

Bu gənc mütəxəssislər sanksiyaların qolunu arxadan bağlayıblar.

“Şirkətimiz bu kimi məhsullar istehsal etməklə ən azı min nəfər üçün iş  yeri yaradıb. Bunlar İranın dünyaya olan hədiyyəsidir.”

Bu şirkət cari ilin sonuna kimi 10 yeni məhsulun istehsalına başlayacaq.