Yan 02, 2019 21:30 Asia/Baku
  • İdeya verənlərlə sərmayə sahiblərini birləşdirən elm və texnologiya parkları
    İdeya verənlərlə sərmayə sahiblərini birləşdirən elm və texnologiya parkları

Sahibkarlıq universiteti və elm və texnologiya parklarının üzərinə ağır məsuliyyət düşür ona görə ki, sənayenin 4-cü nəslinin əsasını elm təməlli iqtisadiyyat təşkil edir.

Elm və texnologiya parklarının idea sahibləri ilə sərmayə sahibləri arasında qovuşaq nöqtəsi olması kimsəyə gizli deyil. StartUp-lara, sahibkarlara, layihə sahiblərinə və tədqiqatçıalra dəstək texnologiya parklarının ən əsas missiyasını təşkil edir. 

Bir neçə gün idi StartUp-a çağırış diqqətimi çox çəkmişdi internetdə sadə axtarışla başa düşdüm ki, bu sahədəki yaradıcılığı Tehran Universitetinin Elm və Texnologiya parklarına borcluyuq. 

Bu park onun rəisinin dediyinə görə,  son 5 ildə 500-dən çox layihə və ideanı investorlara qovuşdurub və onları ticariləşdirib. 

Bu parka getdim, burada 3 gün müddətində sənaye üzrə layihələr qəbul edilməli və rəqabət əsasında idealar genişləndirilməlidir. 

Lyihəçi: Mən bir turizm sistemi hazılamışam. 

Layihəçi: Mənin ideam tibb, toxuculuq və qida sənayelərində istifadə ola biləcək soyuq plasma texnologiyasından istifadə barədədir. Biz məhsulların qurudulması sürətini artırmalıyıq. 

Iayihəçi: Bizim idea yaşlılar üçündür . Babam parkinson xəstəliyindən əziyyət çəkir və mən onun problemlərini gördükdə ağlıma gəldi ki, bu kimi xəstələrin əl-ayaqlarındakı titrəyişlərin fəsadlarını necə aradan qaldırmaq olar. 

Layihəçi: Elm və Texnologiya parkı sənaye və elmdə önəmli rola malikdir ona görə ki, ideanı investora təqdim edir və onu kommersiyalaşdırır. 

Layihəçi: Mən yeni enerjilər üzrə araşdırma aparıram və mənin ideam günəş enerjisi ilə əlaqədardır. Ümid edirəm bu park vasitəsi ilə sənayeləşdiriləcək. 

Abbas Zarei: Sahibkarlıq üzrə universitetlərin əsas göstəricilərindən biri Elm və Texnologiya Parklarıdır. Hər bir inkişaf etmiş ölkədə elm təməlli iqtisadiyyatın təməlləri ali təhsil mərkəzləri və sənaye ilə bağlıdır.