Yan 07, 2019 20:54 Asia/Baku
  • Həmişə isti olan çarpayı
    Həmişə isti olan çarpayı

İran mədəniyyəti və adət-ənənələrində bir qızışdırıcı dəzgah vardır ki, mühiti isti eləməkdən əlavə, ailə üzvlərini də bir-birilərinə daha yaxın və səmimi edir.

Taxta formasında çarpayı. Altında manqal və ya kiçik çıraq yerləşdirirlər və üstünü böyük və qalın yorğanla örtürlər ki, istilik hədər getməsin.

İranlıların mədəniyyəti və adət-ənənələrində kürsü qızışdırıcı bir aparatdan daha genişdir və xas və xatirəli bir yerə malikdir.

Adətən yorğanın üzərini cecim və ya tirmə ilə bəzəyib, onun üzərinə məcməyi adlı böyük bir sini qoyurlar.

Bu günlər insanlar enerjidə qənaət etmək üçün müxtəlif kürsülər sifariş verirlər: 70 cantimetr vurulmuş 70 santimetr= 105 min tümən. Əksər müştərilərin aldıqları bir metr vurulmuş bir metr= 230 min tümən.

İranlıların çillə gecəsi və novruz kimi ənənəvi şənliklərində kürsü üzbəüz danışıqlarda böyük rola malikdir: Kürsünün istiliyi ailə səmimiliyini artırır.

Keçmişdə iranlıların evlərində iki kürsü olardı. Biri, ailənin özü üçün, o birisi isə qonaq otağında qonaqlar üçün.

Şəxslərin kürsünün kənarında əyləşmə yeri də ailədəki rolu ilə bağlı olurdu: Çünki qonaq gələndə qonaqlar üçün yer olsun deyə, kiçiklər kənara çəkilirdilər. Mən özüm ailənin kiçik uşağı idim və mənim yerim kürsünün kənarında deyil, qapının ağzında idi.

Ailə başçıları ilə yanaşı qış yeməklərinin yeyilməsi və baba və nənənin hekayətlərinin dinlənilməsilə keçən qışların yeri görünür.

Bu qarlı-şaxtalı qış fəslində kürsünün istiliyi vücudu və bədəni qızışdırmaqdan əlavə, ailə əlaqələrinə və birgə olmağa da rövnəq bəxş edir.