Yan 17, 2019 21:37 Asia/Baku
  • Çörək ətri
    Çörək ətri

Keyfiyyətli çörək və un məmulatlarının hazırlanması məqsədilə ölkənin qərbində təsis edilən modern çörək zavodu bu gün öz məhsullarını digər ölkələrə ixrac etməyə hazırlaşır.

Bura İranın qərbində ən iri və ən modern çörək bişirmə zavodudur. Başlıca məqsəd un və çörək tullantılarının azaldılmasıdır.

“Bu zavod ölkədəki ən modern çörək və şirniyyat zavodlarından biridir. Zavodumuz ən modern texnologiya ilə təchiz edilib. Başlıca məqsədimiz şəxsi mənfəətdən daha çox,  Kermanşah vilayətində yeni iş yerlərinin yaradılması olub. Və mən var gücümlə bu hədəfə doğru irəliləyirəm.”

Bu zavod 2 il öncə fəaliyyətə başlayıb. İlk başda 30 işçi ilə.

“Bu zavodda müxtəlif növlü çörəklər, yağlı kekslər və digər çörək növləri istehsla edilir.”

“Bu gördüyünüz çörək peçidir və mən burada çörəklərin bişməsinə nəzarət edirəm.”

Keyfiyyətli çörək bişirmək üçün ən modern texnologiyadan istifadə edirlər.

“Xəmir hazır olduqdan sonra xəttin əvvəlinə gəlir. Daha sonra kündələr hazırlanır. Kündələr yastılandıqdan və istənilən formanı aldıqdan sonra, prof bölməsinə daxil olur.”

Burada 20 növdən çox çörək bişirilir.

“Bura qablaşdırma bölməsidir. Təqribən 5 ildir ki, burada işləyirəm. Bu zavod bir çoxlarını işlə təmin edib.”

İstehsalda yenilik və keyfiyyətli məhsullar bu çörək zavodunun əsas hədəflərindəndir.

“Qarşıdan gələn aydan bazara yeni məhsullar verəcəyik. Hazırda Kermanşah vilayətində bir sıra yeni məhsullarımız artıq satışa çıxarılıb. Amma, gələn aydan məhsullarımız İraqa da ixrac ediləcək.”

Məhsulların keyfiyyətinə xüusi diqqət göstərilir.

“Bizim çörək zavodumuz yeganə çörək zavodudur ki, bütün standartlara cavab verir və indiyə kimi 3 dəfə də mükafatlandırılıb.”

Və bu zavodun məhsullarının ixrac edilməsi ildə 2 milyon gəlir gətirə bilər.