Yan 21, 2019 10:19 Asia/Baku
  • İran dörddəbir final mərhələsində
    İran dörddəbir final mərhələsində

İranın milli futbol komandası Omanı məğlub edərək, Asiya Futbol Çempionatının dörddəbir final mərhələsinə yüksəlib.

İRNA-nın məlumatına görə, Asiya Futbol Çempionatının davamında İran millisi səkkizdəbir final mərhələsində Oman ilə qarşılaşmalı olub. Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd Bin Zaid stadionunda baş tutan matç 2-0 hesabı ilə İran millisinin xeyrinə başa çatıb. 

İran millisinin vurduğu qolların müəllifləri 32-ci dəqiqədə Əlirza Cahanbəxş, 41-ci dəqiqədə isə Əşkan Dejaqe olub. 

Matça meksikalı hakim Sezar Artur Ramos hakimlik edib. 

İran millisi cümə axşamı 24  yanvarda dörddəbir final mərhələsində Çin komandası ilə qarşılaşacaq.