Fev 03, 2019 21:41 Asia/Baku
  • İnqilabın qırxilliyi şənliyi
    İnqilabın qırxilliyi şənliyi

İran İslam İnqilabı elə bir halda öz qırxilliyinin şənliklərini keçirir ki, bu inqilabın əsas sahibləri məktəblərdə təhsil ilə məşğuldurlar.

Beşyaşlı Mohəmməd Vəhid və onun bacısı Fatimə Hura təhsil nazirliyinin kənarında dayanbılar.

Məktəb zəngini səsləndirirlər.

Mohəmməd Vəhid elə bir halda İslam İnqilabının 40-cı ilinin zəfər bayramı zəngini səsləndirir ki, o, dünyaya gəlməzdən iki ay qabaq atası İslam yolunda şəhid olmuşdu.

Seyyed Mohəmməd Bəthayi- Təhsil naziri:

İmamın adının inqilab və dünya üçün ən mühüm əbədilik amili bu olubdur ki, İmam Allahın razılığı üçün iş görürdü. Dünyada elə bir inqilab yoxdur ki, hədəflərinə görə, açıq şəkildə onunla düşmənçilik etmiş və onunla mübarizə aparmış olsunlar.

Bu inqilab elə bu övladlar və məktəblilərin əli ilə inkişaf edəcək və bizim əziz imamızın dediyi kimi; Bizim ümidimiz, siz ibtidai məktəb şagirdlərinədir. Görürük ki, İmamın dövründəki ibtidai məktəb şagirdləri bu gün dünyada inqilabın və müqavimət cəbhəsinin keşikçiləridirlər.

İslam İnqilabının zəfər bayramı günlərində müxtəlif proqramlar həyata keçirilir ki, onların ən mühümü, şagirdlərin arasında təhsil nazirinin olması, onlarla üz-üzə dayanıb, bir yerdə, həmin günlərdən, uzaq illərin insanlarının şücaətləri və öz xatirələrindən danışması və İslam yolunun şəhidlərini yad edərək, onları əziz tutmasıdır.

Doktor Bahonər- "Rifah" təhsil fondunun müdiri:

Bu fond əlli il bundan qabaq təsis edilərkən əsas məqsədi, çalışqan və əlbəttə, mömin şagirdlər yetişdirmək olubdur. Bu illərdə də bizim məqsədimiz, islami ölkənin gələcək illəri üçün mömin insan qüvvələri yetişdirməkdir.

Mərasim öz qaydasında keçirilir, amma Mohəmməd Vəhid və onun yeniyetmə bacısı Fatimə Hura bir güşədə özləri ilə məşğuldurlar. Onların ataları vətən və İslam yolunda şəhid olubdur. Amma bu iki uşağın ürəklərində nələrin keçdiyini bəlkə anaları bilmiş olsun. Onların atasızlıq dərdinə kim təskinlik verəcəkdir?

İran İslam İnqilabı və Müqəddəs Müdafiə illərinin şəhidləri, həmçinin işğal altında olan Qarabağ şəhidləri kimi İslam yolunun şəhidləri qarşısında bizim vəzifəmiz çoxdur.