Fev 04, 2019 11:23 Asia/Baku
  • İranlı güləşçilər Türkiyədə keçirilən yarışların ikincisi oldular
    İranlı güləşçilər Türkiyədə keçirilən yarışların ikincisi oldular

İranın Yunan-Roma güləş növü üzrə komandası Türkiyəbə keçirilən "Vəhbi İmrə" çempionatının ikincisi olub.

İranın Güləş Federasiyasının bildirdiyinə görə, Türkiyədə keçirilən Fəhbi İmrə güləş yarışlarında 11 ölkə iştirak edib. Bu yarışlar 1-3 fevralda İstanbulda baş tutub. 

İran komandası bu yarışlarda 67, 72, 87 və 130 kq çəki dərəcələrində qızıl, 55, 60 və 82 kq çəki dərəcələrində isə bürünc medal əldə edərək, ikinci olub.

İstanbulda keçirilən 37-ci Vəhbi Əmrə turnamentinin qalibi Türkiyə olub. Gürcüstan isə bu yarışların üçüncüsü olub.

İran komandası bu yarışlarda 10 güləşçi ilə iştirak edib. 

Teqlər