Fev 08, 2019 09:11 Asia/Baku
  • İranın bədii filmləri 37-ci Simorğ film festivalında-Reportaj

Fəcr film festivalının yekun günləri müxtəlif janrlarda müxtəlif bədii əsərlərin nümayiş etdirilməsilə özünün kulminasiya nöqtəsinə çatıbdır.

Fəcr film festivalı İranın ən mühüm mədəni-kino hadisəsi kimi bu günlər ölkənin mədəniyyət xəbərləri və dünya kinosunun başında durur. Bu arada sənədli əsərlərin özünəməxsus tərəfdarları var.

"Yerləri görünən bütün şeylər" adlı sənədli film. 74 dəqiqəlik bir film. Bu film bir xəstəlik barədə reallıqların bəyanedicisidir. Süd vəzi xərçəngi.

Zeynəb Təbrizi-rejissor: Məhnaz və Cəmilə adlı iki qadının hər ikisi süd vəzi xərçənginə tutulmuşdu. Biri uzun mübarizəsinə rəğmən, dünyadan gedir və o birisi isə tam şəkildə yaxşılaşdıqdan sonra xeyriyyə fəaliyyətləri və bu xəstəliyə tutulmuş xəstələrin məlumatlandırılmaları ilə məşğuldur. O, öz filmi barədə belə deyir:

Çox istərdim ki, bu filmə çox baxılaydı. Bu, festivalda sənədli filmlərin son nümayişidir və bizim hamımız çox istərdik ki, daha çox media əhlinin diqqət mərkəzində durmuş olaq, amma belə bir nəticəyə çatdıq ki, zorla bir kəsi sənədli filmə baxmağa vadar etmək olmaz.

Bu məcmuənin rejissor köməkçisi Ətiyyə Əttarzadə isə belə deyir: Bu film süd vəzi xərçəngi barəsindədir. Bir çox xanımlar bu məsələ ilə üzləşirlər.

Bu film qadınları məlumatlandırmaqdan əlavə, onların problemlərini də irəli sürür və həll yolu da göstərir. Bu məsələ xanımlar arasında bir növ yekdillik yaradıb və bu filmin düzəldilməsində xanımlar tərəfindən yaxşı bir həmkarlığın şahidi olduq.

Bu sənədli filmin maliyyə təminatının xalq tərəfindən həyata keçirilməsi, deyilən digər göstəricilərdəndir.

Şeyda Saberi- "Hamicu" müəssisəsinin direktoru: Bizim saytımız İranda bir kapital maliyyələşdirmə platformasıdır. Daha çox mədəni və bədii layihələr üzərində təmərküzləşirik. Bu layihə üçün baş vermiş ən mühüm hadisə bu idi ki, bu film ekrana çıxmazdan öncə öz tamaşaçılarını cəzb edə və öz mesajını virtual mühitdə bir milyondan çox insana çatdıra bilmişdi. Festivalın bu dövrünün sənədli filmləri "Bəharestan, xalqın evi", "Yerləri görünən bütün şeylər", "Sənin üçün bir ev", "Vurğun", "Bir röyanın mis notları" filmləridir ki, onlar bir-biriləri ilə rəqabət aparırlar.