Fev 09, 2019 21:47 Asia/Baku
  • İranda süni intelekt ilə təchiz edilmiş ilk əczaxana
    İranda süni intelekt ilə təchiz edilmiş ilk əczaxana

Qərbi Azərbaycan Tibb Universitetinin təşəbbüsü ilə Urmiyədə süni intelekt ilə təchiz edilmiş ilk əczaxana istifadəyə verilib.

Süni intelekt və ya robot. "Meqa Fix" əczaxanalarda insan yerinə çalışan robotdur. Bu robot İranda ilk dəfə olaraq Qərbi Azərbaycan vilayətində bir əczaxanada quraşdırılaraq, istifadəyə verilib.

Qərbi Azərbaycan Tibb Universitetinin rektoru Dr.Ağazadə: Bu texnologiya Finlandiyadan satın alınıb. Qiyməti 1.4 milyard tüməndir. Bu yeni texnologiya sayəsində işimizin sürətinin xeyli artacağı gözlənilir.

Bu robot əczaçı robotlar arasında ən yeni robot hesab olunur və bütün dərmanlara dair məlumatları öz yaddaşında saxlamağa qadirdir.

Qərbi Azərbaycan Tibb Universitetinin Texnologiyalar Departamentinin rəhbəri cənab Pirnejad: Bu sistem sayəsində, həkimin  yazdığı reseptdə hansısa problem olmazsa, xəstə əczaxanaya müraciət etməzdən öncə, onun dərmanları artıq təhvilə hazır olmuş olur. Xəstə sadəcə dərmanın pulunu ödəyərək, onu təhvil ala bilər.

Bu robot gün ərzində 5 min resepti qablaşdırmağa qadirdir.

Əczaxanaların robotlaşdırılması tibb və səhiyyə sahəsində irəliyə atılmış müsbət bir addım ola bilər. Amma, önəmli olan məsələ Qərbi Azərbaycanın Tibb Universitetinin bu modern texnologiyanı elm təməlli bir şirkətə çevirmək və onun yerli nümunələrini istehsal etmək istəyidir.