Fev 12, 2019 20:31 Asia/Baku
  • İran incəsənət sərgisi - Bağdad
    İran incəsənət sərgisi - Bağdad

Bağdadda bir qrup iranlı sənətkar və toxucunun iştirakı ilə İran sərgisi keçirilir.

Bu sərgidə İranın dünya şöhrətinə malik əl xalçaları habelə, mis qabları, döymə sənətinin nümunələri nümayiş etdirilir. Bu sərginin keçirilməsində məqsəd İran və İraq arasında incəsənət sah əsində təcrübə mübadiləsidir.

Musa Təbatəbayi – İranın İraqdakı səfirinin müavini: “Bu sərgidə İranın ən gözəl əl işləri nümunələri və əl xalçalarını nümayiş etdiririk. İranın bu sərgidə iştirak etməkdə məqsədi İran və İraq arasında təcrübə mübadiləsidir.”

Kaşan xalçası və digər əl işləri nümunələri Bağdad sərgisində nümayiş etdirilir. Bu ilk dəfə deyil ki, İran İraqda belə bir sərgi təşkil edir. Xüsusilə iki ölkə arasında əməkdaşlıqların genişləndiyi zamandan bu sərgilərin də sayı artıb.

Saleh Rza – İranlı sənətkar: Bu sərgi İran xalçasında dəqiq və böyük yeniliyin nişanəsidir. Və mən bu sərgidə nümayiş etdirilən misdən hazırlanmış qabları, şüşə qabları diqqətlə müşahidə etdim. Bu sərgi sözün əsl mən asında həyat ocağıdır, ünsiyyət məkanıdır.

Əli Həsən – Kaşan xalçası şirkətinin təmsilçisi: Bu sərgidə İran xalçasının bir başqa növü yəni gilim nümayiş etdirilir.

Bu sərgidə müxtəlif növ əsərlər o cümlədən müxtəlif sıxlığa malik olan gözəl naxışlı xalçalar nümayiş etdirilir.

Bu məkan İran və İraqın zəngin incəsənət nümunələri ilə bəzədilib. Həmçinin, bu sərgidə onlarla sənətkar öz əsərləri ilə diqqətləri öz üzərlərinə cəlb ediblər.

İranın əl xalçaları yüksək keyfiyyətinə, zərifliyinə və gözəlliyinə görə dünyada şöhrətə malikdir və iraqlılar da İran xalçasına xüsusi maraq göstərirlər.  

 

Teqlər