Mart 03, 2019 14:08 Asia/Baku
  • Tehran 11-ci beynəlxalq animasiya festivalı başlanıb
    Tehran 11-ci beynəlxalq animasiya festivalı başlanıb

Tehran 11-ci beynəlxalq animasiya festivalı bu gün festival əsərlərinin nümayiş etdirilməsilə başlanıb. Bu festivalda 85 ölkədən 1240 film göstəriləcək və əsərlər beş əsas bölmədə münsiflər tərəfindən dəyərləndiriləcəkdir. Animasiya iqtisadiyyatı builki festivalın ixtisas yığıncaqlarının əsas mövzusudur.

Tehran 11-ci beynəlxalq animasiya festivalının katibi Mohəmməd Reza Kərimi Saremi deyib: Festivalın beş şüarı vardır ki, onlardan biri, animasiya sənəti üçün zəminin yaradılmasıdır, lakin hər il bir mehvər ətrafında addım atmalıyıq. Animasiya iqtisadiyyatı builki festivalın ixtisas yığıncaqlarının əsas mövzusudur. Çünki ötən beş ildə bizim animasiyada böyük bir dəyişiklik yaranıb və biz bu il animasiya filminin ekranlaşdırılmasına çatdıq. Yəni ekran cədvəlində bizim üçün mühit açmaq intizarındadırlar.

O, əlavə edib: "Şah fil" ekranlaşdırılmış sonuncu bədii-animasiya filmidir. 8-9 milyard tümənlik satışı keçibdir. Bu, böyük bir hadisədir. İranda tanınmış ölkələrlə on beş müştərək bədii film çəkilməkdədir. Biz animasiya iqtisadiyyatı yığıncaqlarının kənarında milli animasiya bazarına da malikik və bu, əslində İran animasiyasının gücləndirilməsi üzrə bir bazardır.