Mart 10, 2019 19:09 Asia/Baku
  • Təbrizdə güclü sentrifuqaların içində beton elektrik dirəkləri düzəldilir
    Təbrizdə güclü sentrifuqaların içində beton elektrik dirəkləri düzəldilir

Ötən bir neçə ildə Təbrizdə elektrik enerjisinin ötürülməsi üzrə yerli və sənaye beton dirəklərinin istehsalı formalaşıb.

Müsahibə(kişi): Bunlar dirəklər üçün hazırladığımız armaturlardır.

Bugünədək bu istehsal obyektində 400 kilovoltdan aşağı ölçülü dirəklər istehsal olunurdu, amma bu gün Yaxın Şərqdə ilk dəfə olaraq, bu diyarın övladları 400 kilovoltluq beton dirəklər istehsal edən sentrifuqalar düzəltmək əzmindədirlər.

Müsahibə(kişi): Bu qəlibin konstruksiya edilib, düzəldilməsi təqribən altı ay çəkib.

Müsahibə(kişi): İki mehvərli 402 voltluq dirəyə aid olan A1 qəlibi təqribən 300 dövrlə istehsal həyata keçirə və öz bünövrəsində 4000 ton-metr ləngərə tab gətirə bilər. Bu, olduqca yeni bir rekorddur ki, biz bunu tamamilə yerli formada düzəldə və icra edə bilərik.

Təbrizdə bu sentrifuqaların qəlibinin və bir 400 kilovoltluq dirəyin düzəldilməsilə növbəti addım daha möhkəm atılacaqdır.

Müsahibə(kişi): Bu etapı da uğurla arxada qoyduq. Və inşaallah, bu həftədən onun iri miqyasda istehsalının başlanması qərara alınıbdır.

Bu dirəklər düzəldikdən sonra əlaqədar ekspertlərin iştirakı ilə dəyərləndirilirlər.

Müsahibə(kişi): Sınağı 50 faiz, 75 faiz, 90 və 95 faiz, 100, 105 və 110 faizdə enerjinin tətbiqi üzrə müxtəlif etaplarda həyata keçiririk.

Hər il bu obyektdə müxtəlif zaman kəsiklərində min ədəddən çox çeşidli beton dirək istehsal olunur.

Müsahibə(kişi): Bütün mehvərlərdə 63 kilovoltdan 400 kilovoltadək olan dirəklər var. Bunlar bir əsaslı olaraq, yüz faiz daxili və rial cəhətdən təmin olunur. Ötən iyirmi ildə məhsullarımızın təqribən on faizi xarici ölkələrə ixrac edilib. Hazırda bu ixracatı ucqar nöqtələrə də artırmaq niyyətindəyik.

Bu, "biz bacararıq!" şüarının reallaşması deməkdir.

Bundan öncə texnologiyası təkcə bir neçə Avropa və Amerika ölkəsinin ixtiyarında olan bu dirəklərin İranın Şərqi Azərbaycan vilayətində konstruksiya edilərək, düzəldilməsi ilə İran bu cür dirəklərin istehsalçıları sırasına qoşulubdur.