Mart 12, 2019 21:40 Asia/Baku
  • Bisütun dağı və Hərsin şəhəri; Kermanşahın turizm məkanı
    Bisütun dağı və Hərsin şəhəri; Kermanşahın turizm məkanı

Bahar fəslinin yaxınlaşması ilə kənd turizmi yenidən canlanmağa başlayıb. Xüsusilə Novruz tətillərində çoxsaylı qonaqları qarşılamağa hazırlaşan gözəl təbiətə və eyni zamanda qədim tarixə malik olan məkanlardan biri də Bisütun dağının yaxınlığında yerləşən Hərsin şəhəridir.

Bisütun adı ilə məşhur olan qayalıq ərazidə tarixi bir məkan.

Turist: “Bisütun dünya şöhrətinə malikdir. Heç bir dağdan bu qədər çox ləzzət almamışdım.”

Bura İran tarixinin dəyərli nümunələrindən biri olan “Zaqros Darvazası” kompleksidir. Kermanşah vilayətinin şimalında, Hərsin şəhərinin 36 kilometrliyində yerləşir.

Kompleksin məsul şəxsi: “Şübhəsiz Novruz tətillərində Bisütun səfər üçün başlıca məkanlardan biri olacaq.”

Bisütun kitabəsi, Herkules heykəli, Blaşın rəsmi və digər əsərləri ilə hər bir insanı ovsunlayır, özünə valeh edir.

Turist: “Bu bizim milli kimliyimizdir”

Kompleksin rəsmisi: “Müxtəlif proqramlar nəzərdə tutmuşuq. Ən önəmlisi isə “Novruz” proqramı olacaq. Əl işləri sənayesi və yerli məhsullardan ibarət yarmarkamız da olacaq.”

Ölkənin qədim guşələrindən biri olan Hərsinidə uzaq keçmişin irslərinə rast gəlmək mümkündür.

Yerli sakin: “Təpeş, Xəzinə və ya  Gənc Dərəsi insanların ilk məskunlaşdığı bir məkan olaraq təqribən 12-15 min illik keçmişə malikdir.”

Su saatı, daş pilləkən, daş hovuz və yonulmuş qaya.

Yerli rəsmi: “Bura Hərsin Sərabı və Hərsin Sərabı parkıdır. Buranın tarixi təqribən 1500-1600 il öncəyə qayıdır.”

Şəhər Novruz tətillərində gələcək qonaqları qarşılamağa hazırlaşır.

Yerli rəsmi: “Parkların təmizlənməsi, çəmənlərin əkilməsi, rəngləmə işlərinin aparılması və “7 Sin” süfrəsinin qurulması habelə, Hərsin şəhərinin girişində Novruz qonaqlarının gecələməsi üçün məkanın ayrılması nəzərdə tutulub.”

Şübhəsiz, səfər üçün Hərsini seçənlər şəhər əhalisinin qonaqpərvərliyindən razı qalacaqlar. Bu arada Hərsin misilsiz zövqə malik insanlarının bacarıqlı əl işlərindən olan kilimləri ilə də çox məşhurdur.

Novruz günlərində kənd turizmi çərçivəsində Hərsində 30 kilim toxuma emalatxanası fəaliyyət göstərəcək və turistlər xatirə olaraq bu kilimlərdən alıb, özləri ilə apara biləcəklər.