Mart 13, 2019 21:40 Asia/Baku
  • İran Moda Sərgisi - Tehran
    İran Moda Sərgisi - Tehran

Novruz ərəfəsində İran geyimlərinin təbliğ edilməsi məqsədilə Tehranda İran Moda Sərgisi təşkil edilib.

Novruz bayramı ərəfəsində qadınların ən böyük qayğılarından biri keyfiyyətli paltarların əldə edilməsidir. 

Modelyer: "Mən bir moda dizayneriyəm. Müxtəlif zövqləri və xalqımızın mədəniyyətini nəzərə alaraq, onların ehtiyaclarını təmin etməyə çalışıram."

Qadınlar daha çox hansı paltarları xoşlayırlar? 

"Paltar mənə yaraşmalıdır. Yəni onu geyindiyim zaman özümü rahat hiss etməliyəm. Ümumilikdə paltar insana xoş təsir bağışlamalıdır. Eyni zamanda ictimai adət-ənənələrə uyğun olmalıdır. Belə olarsa, hər kəs tərəfindən yaxşı qarşılanacaq."

Xanım Ebtekar İran prezidentinin qadın məsələləri üzrə müavini olaraq bu sərgidə iştirak etdikdən sonra belə dedi: "Bizi düşündürən əsas məsələ yerli moda dizaynerləri və istehsalçıları himayə etmək, Maarifləndirmə Nazirliyi və "Moda və Geyim" komitəsi ilə əməkdaşlıq etməkdir. İranlı moda dizaynerlərinin məşğulluq sahəsində münasib şəraitə malik olmalarına çalışırıq. Geyim sektoru məşğulluq üçün yaxşı sahədir."

İranda geyim və paltar sənayesi böyük potensiala malikdir. Halbuki, bu potensialdan indiyə kimi yaxşı istifadə olunmayıb. 

Moda dizayneri: "Mən 4 il parça və geyim dizaynerliyi üzrə təhsil almışam. İndi malik olduğum elmi baza ilə istehsal etdiyim paltarları sərgidə nümayiş etdirirəm. Bu sərginin müxtəlif zövqləri razı sala biləcəyini düşünürəm."

Moda dizayneri: "Mən işlərimin daha çox gənclərə uyğun və idman tipli olmasını istəyirəm. Öz işlərimdə bu məsələyə önəm verirəm."

Geyim sektoru dünyada önəmli sahələrdən biri sayılır. Əlbəttə, insanların geyimə olan tələbatının davamlı olmasını nəzərə alaraq, bu sahə hər gün yeni inkişafın şahididir.