Mart 17, 2019 18:16 Asia/Baku
  • İran güləş üzrə dünya ikincisi oldu
    İran güləş üzrə dünya ikincisi oldu

İranın milli güləş komandası güləş üzrə dünya ikincisi oldu.

Rusiyada keçirilən sərbəst güləş üzrə dünya çempionatının final mərhələsində İran komandası yarışlara ev sahibliyi edən Rusiya komandası qarşısında məğlub olaraq, dünya ikincisi oldu.

16-17 martda Rusiyanın Yakutsk şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatının sonunda İran ikinci yer ilə kifayətlənməli olub.

Sərbəst güləş üzrə dünya çempionatında ikinci heyəti ilə iştirak edən İranın milli komandası daha öncə Monqolustan, Amerika və Gürcüstan komandalarını məğlub edərək, finala yüksəlmişdi.

Üçüncü yer uğrunda gedən mübarizədə isə Amerika rəqibi Yaponiyanı məğlub edərək, gümüş medala yiyələnib.

Teqlər