May 12, 2019 21:35 Asia/Baku
  • Göbələkdən zəhərlənməyə diqqət
    Göbələkdən zəhərlənməyə diqqət

Yağişli havadan sonra dağ yamaclarında və çəmənlikdə bitən göbələklər ilk baxışda insanı özünə cəlb etsə də, mütəxəssislər bu növ göbələklərdən istifadənin ölümcül ola biləcəyinə dair xəbərdarlıq edirlər.

Bahar fəslinin problemlərindəndir. Xüsusilə bu ilki kimi yağıntılı illərdə. Bahar fəslində təbiətin qoynunda seyrə çıxdığınız zaman, bu növ göbələklərdən uzaq gəzməyiniz məsləhətdir. Təcrübəli olmağınıza və dağ göbələklərini tanımağınıza rəğmən.

Mütəxəssislərin dediklərinə görə, vəhşi göbələklərdən istifadə təcrübəsinə malik olsanız belə, bu, sizin zəhərlənməyəcəyinizə zəmanət verə bilməz.

Həkim:  “30-35 növ zəhərli göbələk var. Bəziləri yeməli göbələklərə o qədər çox oxşayırlar ki, hətta, peşəkar göbələk mütəxəssisləri belə onları bir-birindən ayırd etməkdə çətinlik çəkirlər.”

 

Ötən ilki təcrübə bir çoxları üçün unudulmaz xatirədir. İranda 21 nəfər zəhərli göbələk yediyi üçün həyatını itirmişdi.

 

Göbələk mütəxəssisi: “İldırım və şimşək ilə yanaşı yağan yağışlar zamanı elə zəhərli göbələklər əmələ gəlir ki, bundan öncə mövcud olmayıb. Bu da adamı aldadır.”

 

Yüzdən çox göbələk növü var. Amma, onlardan sadəcə bir neçəsi, barmaq sayı qədəri yeməyə yararlıdır. Xüsusilə, bazarlarda geniş rast gəldiyimiz növləri. Mütəxəssislərin dediklərinə görə, digər göbələk növləri ya qida baxımından dəyərsiz, ya da zəhərlidirlər.

 

Həkim: “Bəzən göbələyin zəhərli olub-olmadığını öyrənmək üçün heç bir elmi əsası olmayan soğan qabığı, gümüş pul və ya sirkədən istifadə edilir.”

 

Amma, tövsiyələrə rəğmən vəhşi göbələkdən istifadə edən şəxsə nə olur? Mütəxəssislərin dediklərinə görə, göbələk zəhərli olsa şəxsin həyatını itirməsi ehtimalı 70%-dən çoxdur. Hətta, vaxtında həkimə çatdırılsa belə. Göbələkdən zəhərlənmənin ilkin əlamətləri 6-12 saat sonra özünü göstərməyə başlayır.

 

Göbələk mütəxəssisi: “Qanda və toxumalarda amanitin zəhərini parçalaya biləcək heç bir padzəhr yoxdur.”

 

Elə buna görə də mütəxəssislər vəhşi göbələk ilə rastlaşdığınız zaman, ona gözünüzün ucu ilə belə baxmayaraq, yanından uzaqlaşmağı məsləhət görürlər.