İyul 05, 2019 15:40 Asia/Baku
  • İran fəhlələrinin yığma karate komandası dünya çempionu oldu

İran fəhlələrinin yığma karate komandası fəhlələrin beynəlxalq yarışlarındakı ilk iştirakında doqquz medal qazanmağa müvəffəq olub.

İran fəhlələrinin yığma karate komandası altı qızıl, bir gümüş və iki bürünc medalla fəhlələrin İspaniyada keçirilən altıncı beynəlxalq yarışlarının qalibi olubdur.

Bundan öncə də İran fəhlələrinin yunan-roma güləşi üzrə yığma komandası yeddi qızıl və bir bürünc medal əldə edərək, qeyd olunan yarışların çempionu olmuşdu.

Fəhlələrin İspaniyada keçirilən altıncı beynəlxalq yarışları iyulun ikisindən İspaniyanın Tortosa şəhərində başlayıb. Bu yarışlarda 42 ölkədən üç min idmançı altı gün müddətinə bir-biriləri ilə rəqabət aparırlar.

İran karvanı bu yarışlarda 140 idmançı ilə 9 idman növündə iştirak edir.