İyul 09, 2019 21:47 Asia/Baku
  • Həmədanlı qadınların döymə sənəti
    Həmədanlı qadınların döymə sənəti

Həmədanın Kəbudərahəng məntəqəsinin qadınları döymə sənətində fəaliyyət göstərərək, qısa müddətdə Həmədan vilayətinin ixracatında münasib paya malik olublar.

Nəreyşen: Döymə ustalarının kiçik və incə çəkiclərinin mühitdə dolanan tıq-tıq sədası özündən asılı olmayaraq, insan zehnini İsfahanın döymə sənəti bazarına aparır...

Nəreyşen: Amma bu dəfə bu səs Həmədanın Kəbudərahəng məntəqəsindəki həvəskarlardan eşidilir.

Müsahibə(qadın): Bura, döymə işi emalatxanasıdır. Biz bürünc və mis üzərində işləyirik.

Müsahibə(qadın): İl yarım olar ki, açılıb.

Nəreyşen: Eşq, yaradıcılıq və həyat izini öz zövqləri və əlləri ilə bürünc və mis vərəqlər üzərində canlandırırlar.

Müsahibə(qadın): Öz marağım var idi və dostlar öyrənmək üçün buranı mənə göstərdilər.

Müsahibə(qadın): Düzdür ki, boş vaxtlarda bu işləri görürük, amma iqtisadi cəhətdən bizim üçün sərfəlidir.

Müsahibə(qadın): Əksər hissəsi evdar olan bizim sənətkarlar işə böyük maraq göstərdilər və minimum xərclə və yetərincə vaxt ayıraraq, bu məhsulların satışından yaxşı gəlir əldə edə biliblər.

Nəreyşen: Bu mahir ustalar işə başladıqları ilk illərdə daxili bazardan əlavə, İran diyarının bu sivil sənətini ölkə xarcinə də ixrac edə biliblər.

Müsahibə(kişi): Bizim istehsal etdiyimiz məhsullar əksər hallarda İsfahan, Tehran və Şiraza, digər vilayətlərə və ölkə xaricinə göndərilir.

Müsahibə(kişi): Bu il sığorta və bank imkanları vasitəsilə bu sənəti və onun sənətkarlarını himayə etmək fikrindəyik.

Nəreyşen: Bu sənətləri himayə etmək ev sənətlərinin inkişafında böyük rola malikdir.