İyul 17, 2019 07:37 Asia/Baku
  • Açar tullantılarından ibarət həcmli əsərlər sərgisi
    Açar tullantılarından ibarət həcmli əsərlər sərgisi

İranlı sənətkar cütlük tullantı açarlardan istifadə edib, altmış gözəl sənət əsəri yaradaraq, onları sərgiləyibdir.

Bu əsərlərin sənətkarları İranın Xorasane Rəzəvi vialyətindəki Taybad şəhrestanındandırlar.

Sərgidə yeddi il ərzində beş min tullantı açardan düzəldilmiş altmış həcmli əsər nümayiş etdirilib.

Bu sənət əsərlərinin düzəldilməsi üzrə ustad və sənətkar Pərviz Kəmalifər deyib: Hər əsərin düzəldilməsinə on gündən üç ayadək vaxt sərf olunub və İmam Rza(ə)-ın ilahi barigahının konstruksiyası və düzəldilməsi həyata keçirilməkdədir.

O, özünün ən böyük əldəqayırma əsərini Moləvinin məzarının tarixi binası və fasadı adlandırıb və belə deyib: Taybadın ənənəvi musiqi alətləri və kəpənəklər əsərləri bu sərgidəki digər diqqətəlayiq əsərlərdəndir.