Avq 08, 2019 13:51 Asia/Baku
  • Tehran-Ankara sərnişin qatarı işə salınıb
    Tehran-Ankara sərnişin qatarı işə salınıb

"Tehran-Ankara" qatarı çərşənbə günü gecə İranın yol və şəhərsalma nazirinin müavini və İran İslam Respublikası Dəmiryolu Şirkətinin icraçı müdirinin iştirakı ilə keçirilən mərasimdə işə salınıb.

Qatar çərşənbə günü yerli vaxtla saat 21.55-də Tehran dəmiryolu stansiyasından Türkiyənin paytaxtı Ankaraya gedib.

Bu qatar Tehranın dəmiryolu stansiyasından, Təbirzdən, Razi sərhədindən, İran-Türkiyə sərhədi olan Kapıköy-dən keçərək, "Van" gölü  estakadası" stansiyasında dayanacaq və sərnişinlər gəmi ilə gölün o biri tayına köçürüləcək və onlar oradan Türkiyə qatarı ilə Ankaraya yola düşəcəklər.

İranın Dəmiryolu Şirkətinin icraçı müdiri Səid Rəsuli deyib: Türkiyə ilə əldə olunmuş razılığa əsasən, yaxın gələcəkdə iki ölkəyə istiqamətlənəcək turizm qatarları da işə salınacaqdır.

Teqlər