Avq 11, 2019 19:50 Asia/Baku
  • Bağrov dağının zirvəzində Nohur gölü
    Bağrov dağının zirvəzində Nohur gölü

Ərdəbil -Xalxal yolunun yarısında, Ərdəbilin 48 kilometrliyində və Bağrov dağının mərkəzindəki bir dərədə İranın Nohur gölü adlı misilsiz göllərindən biri yerləşir. O, Ərdəbil vilayəti ilə Gilan vilayəti arasında bir sərhəddir.

Sahəsi 210 min hektar olan bu şirinsulu göl dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir.

Kişi: Allah-Taala bu məkanda hər şeyi bir yerdə yaradıb.

Ərdəbilin cənub-şərqindən 48 kilometr aralıda, Xalxal istiqamətində, Hir şəhərinin yaxınlığında yerləşir.

Kişi: İranın behşeştidir.

Kişi: Hər bir nöqtədən baxsanız, gözəl mənzərədən xas bir növü görərsiniz

Ərdəbil vilayətinin təbiətində bir qaş kimidir.

Kişi: Buranın şəkillərini görmüşdük və indi yaxından gördük. Şəkildə gördüyümüzdən daha genişdir. Qrupumuzun bütün üzvləri bir belə gözəlliyi görməkdən heyran oldular.

Bu sehirli təbiətdə təbiət rəssamı gözəl bir şah əsəri yaradıbdır.

Kişi: Biz bura gəlmişik ki, velosiped sürək və ləzzət alaq.

Nohur gölü ətrafındakı gözəl və ətrli çiçəklər göz oxşayır.

Müxtəlif balıqlar üçün münasib məkan və mühacir quşlar üçün təhlükəsiz yaşayış yeridir.

Elə buradaca gözoxşayan təsvirləri qeydə almaq olar.

Hər il yaz və yay fəsillərində minlərlə təbiət vurğunu bu xoş mənzərəli gölün tamaşasına gəlir.