Avq 13, 2019 06:39 Asia/Baku
  • İsfahanda dünyanın ən böyük maşındatoxunma xalçasının istehsalı
    İsfahanda dünyanın ən böyük maşındatoxunma xalçasının istehsalı

İsfahanın sənətkar xalça ustaları Oman ölkəsinin sifarişi ilə dünyanın ən böyük maşındatoxunma xalçasını konstruksiya və istehsal ediblər.

Dünyanın ən böyük maşındatoxunma xalçasının konstruksiyası və istehsalı isfahanlı sənətkarların boyunlarına fəxri medal olarkən...

Kişi: Dünyanın ən böyük xalçasını 26,5 metr vurulmuş 26,5 metr ölçüdə istehsal etmişik. 1200 şanalı, akril. Bu xalçada sıxlıq 3600-dür. Hündürlüyü altı millimetrdir.

Toxunması əlli gün sürüb. Otuz günə toxunaraq, təkmilləşdi.

Kişi: Bu xalçada çox gözəl boyalardan istifadə olunubdur. Bu xalçanın eskizi İsfahanın çox qədim eskizlərindəndir ki, arabesk formasında bir-birilərinin kənarında yerləşiblər.

Bu bir milyard on milyonluq ilməli bu xalça Omana göndəriləcək və Səlalə şəhərində namazqılanların ayaqları altına salınacaqdır.

Kişi: Bu xalça məscidlərindən birində salınmalıdır.

Bu dəyərli bədii sənət əsərini isfahanlılar Qərbi Asiyanın ən böyük xalça kompleksində istehsal ediblər. Dünyanın otuz ölkəsi bu kompleksin məhsullarının müştərisidir.

Kişi: Həm ənənəvi işləyirik, həm də modern. Təcrübəli və ziyalı qüvvələrə malikik. Təqrbən min nəfər birbaşa, təqribən on altı min nəfər də dolayısı ilə bizim nümayəndəliklərdə işləyirlər.

Kişi: Dünyanın otuz ölkəsinə ixracatımız var ki, bu, maşındatoxunma xalça istehsalında çox yaxşı göstəricidir. Və sanksiyalara rəğmən, ixracat davam edir.

İndi bu böyük sənaye kompleksi hər bir ölçü və rəngdə olan hər növ maşındatoxunma xalça istehsalı ilə bazarın nəbzini əlinə alıbdır. Yaradıcılıq və təşəbbüsdən istifadə bu İran məhsulunu dünyanın xalça bazarında görkəmli edibdir.

Teqlər