Sen 04, 2019 18:13 Asia/Baku
  • İranın kuraş üzrə milli komandası dünya çempionatında üçüncü olub

İranın kuraş üzrə milli komandası Cənubi Koreyada keçirilən dünya çempionatında dörd gümüş medal alaraq, üçüncü olubdur.

Sentyabrın 2-dən 42 ölkədən 184 kuraşçının iştirakı ilə Cənubi Koreyanın Çxundju şəhərində başlanmış kuraş üzrə dünya çempionatı qalibləri təqdim edərək, başa çatıbdır.

İranlı kuraşçılar 100 kq-dan aşağı, 100 kq-dan yuxarı, 81 kq-dan aşağı və 90 kq-dan aşağı çəki dərəcələrində gümüş medal əldə ediblər.

Özbəkistan və Yaponiya komandaları müvafiq olaraq birinci və ikinci olublar.